“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan, İngiltərə və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Vakansiya: Çağrı Mərkəzinin Operatoru
Vakansiya aktiv olan regionlar: Bakı
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Kompüterlə sərbəst iş bacarığı;
• Ofis proqramlarında işləmək bacarığı;
• Problemləri sərbəst, müstəqil həll etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Kollektivlə işləmək bacarığı.
Əsas vəzifələr:
• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Müştəri xidmətlərinin salahiyyətləri çərçivəsində abonentlərə yüksək səviyyəli xidmət göstərmək;
• Müştəri şikayətlərini aydınlaşdırmaq və həll etmək;
• Rəhbərliyə lazımi hesabat və məlumatların hazırlanıb təhvil vermək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş saatları 09:00-18:00, həftədə 6 iş günü;
• Karyera yüksəlişi imkanı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Çağrı Mərkəzinin Operatoru” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 30.08.2018