Servis meneceri

İşin təsviri

Avlolüks Azərbaycan” MMC-yə  Servis meneceri tələb olunur.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

1. Avtomobil sahəsində iş təcrübəsi;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 25-40 ;

Vəzifə öhdəlikləri:   

1. Servisdə  yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
2. Servis proqramları ilə işləmək bacarığı ( 1 C,Axapta ,Enterprise və s.)
3. Müştərinin tələb və suallarını diqqətlə dinləməli, xidmət ehtiyaclarını müəyyənləşdirmək   üçün müvafiq suallar verməli və müştərinin xidmət ehtiyaclarını həll etməklə lazımi xidmət göstərməli.
4. Xidmət və ehtiyat hissələrinin qiymətini hesablamalı və işlərin tamamlanma vaxtını bildirməli / hesabı təqdim etməli.
5. Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamalı.
6.  Bütün texniki və işçi programlardan istifadə edə bilmək
7.  Daxili prosedurlara əsasən müştərilərə xidmət göstərmək.
8.  Servisdə təmir işlərinin təmin olunması və planlaşdırılması, təmirə qeydiyyatının aparılması.
9.  Planlaşdırılmış avtomobillərdə mövcud servis kampaniyalarına uyğun  təmir işlərinin aşkar olunması.
10. Mexaniklər ilə birlikdə planlaşdırılmış işləri icmal etmək.
11. Planlaşdırılmış və ya planlaşdırılacaq işlər üçün lazım olan ehtiyat hissələrinin anbarda olub olmadığını yoxlamaq.
12. Avtomobilləri daxili prosedurlara əsasən təmirə qəbul etmək və təmirdən sonra müştəriyə təhvil vermək.
13. Təmir işlərinin dəyərini və onlara sərf olacaq işçilik vaxtını əvvəlcədən hesablamaq.
14. Təmirin gedişatı ilə daimi maraqlanmaq,əlavə işləri daxili prosedurlara riayət edərək müştəri ilə razılaşdırmaq.
15. İş sənədlərinin düzgün aparmaq,yekun təmir sənədlər toplusunu vaxtında hazırlayıb müştəriyə təmir işləri bitdikdən sonra təhvil vermək.
16. Əməkdaşlara zəruri texniki informasiyanı təqdim etmək.
17. Planlaşdırılmış treninq və testlərdə iştirak etmək.
18. Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları  vaxtında təqdim etmək.
19. Avtomobilləri  servisə qəbul edərkən həmin avtomobilin hər hansı geriyə çağırış kampaniyasında keçərli olub olmadığını yoxlamaq.
20. Müştəri siyahısını mütəmadi olaraq yeniləmək.
21. Avtomobillərin təmir tarixçəsini təyin olunmuş qaydaya əsasən aparmaq.
22. Hər bir müştəridə servis haqda  ən xoş təəsüratlar yaratmaqa çalışmaq.

Email : [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.