METAL KONSTRUKSIYA İSTEHSALI SAHƏSİNDƏ KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MENECER
İmprotex İndustries MMC – Metal Konstruksiya və Üstqurğular Zavodu
Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
Hörmətli iş axtaran yoldaş, Sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın.
Tələblər:
- Mühəndislik və metallurgiya sahəsində ali təhsil;
- Metalkonstruksiya istehsalı sahəsində ən azı 6 il iş təcrübəsi;
- Metalkonstruksiya istehsalı ilə bağlı keyfiyyətə nəzarət sahəsində azı 3 il iş təcrübəsi;
- TWI 3.1 və digər müvafiq peşəkar sertifikatların olması arzu olunandır;
- İş planlama və təşkil etmə bacarığı;
- MS Office, AutoCAD;
- İşçi səviyyədə İngilis və Rus dili bilikləri mütləqdir;
- Diqqətlilik və məsuliyyətlilik.
Vəzifələr:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
- İstehsalat intizamının möhkəmləndirilməsi;
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
- Müəssisəyə daxil olan mal-materialların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
- Zay məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
- Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi;
- Hazır məhsulun qablaşdırılmasına, yüklənməsinə və daşınmasına nəzarət edilməsi;
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması;
- Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabatların aparılması;
- Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
İş şəraiti:
- Ofis şəraiti;
- Yüksək əmək haqqı;
- Tikinti sahələrinə getmək üçün nəqliyyat təmin olunur.
Əlaqə: [email protected]