Şirkət : “Mingəçevir Tekstil” MMC
Vəzifə adı : Baş anbardar
Tələblər :
• Ən azı 5 il mövcud vəzifədə iş stajı
• Ali təhsil
• Xarici dil bilikləri (İngilis dili, Rus dili)
• Microsoft Office (Excel, Word, PowerPoint, Outlook, One Note, Project, Visio, OneDrive və s.)
Vəzifə öhdəlikləri:
• Xammal və mal-materialın qəbuluna, saxlanılmasına və anbardan buraxılmasına nəzarətin həyata keçirilməsi;
• Hazır məhsulun qəbuluna, saxlanılmasına və anbardan buraxılmasına nəzarətin həyata keçirilməsi;
• Anbar sahəsindən səmərəli istifadə, xammal, mal-materialın və hazır məhsulun yerləşdirilməsi;
• Xammal, mal-materialın və hazır məhsulun qorunması və saxlanması qaydalarına riayət olunması;
• Rəşmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi;
• Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtı-vaxtında təmir edilməsinə nəzarət edilməsi;
• Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılması, rekvizitlərin yığılmasının, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi;
• Əmtəə-maddi sərvətlərin inventarlaşdırılmasının aparılmasında iştirak edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
Contact : [email protected]