Yardım masası təmsilçisi (Call Center representative)

  • CyberNet
  • Elanın qoyulma tarixi: 28.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yardım masası təmsilçisi (Call Center representative)

Vəzifə öhdəlikləri:

• Yardım masasına daxil olan zəngləri və yazılı müraciətləri qəbul etmək, operativ şəkildə araşdırılmaq, cavablandırmaq və qeydiyyata almaq
• Proqram təminatında yaranan xətaların mahiyyətini müəyyən etmək
• Proqram təminatında yaranan xətaların araşdırılması və həlli üçün müvafiq şöbəyə yönləndirmək
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq
• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa rəhbər tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkətdaxili qaydaları icra etmək

Namizədlərə qarşı irəli sürülən tələblər:

• Ali təhsil
• Müştəri Xidmətləri, Yardım Masasında ən az 2 il iş təcrübəsi sahəsində 2 il iş təcrübəsi (telekom və IT sahələrində çalışan namizədlərə üstünlük verilir)
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, İngilis dili orta səviyyədə
• MS Office proqramları, MySQL dili – ümumi anlayış
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə, komandada işləmək bacarıqları
• Stresə davamlılıq
• Fasiləsiz öyrənməyə meylilik

İş şərtləri və şəraiti:

• Rəqabətli əmək haqqı
• İş qrafiki: növbəli iş rejimi
• Sosial paket: “VIP paket” tibbi sığorta

Namizədlər öz ərizə formalarını (CV) “Yardım masası təmsilçisi” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.