Senior Front-end (React) developer

  • CyberNet
  • Elanın qoyulma tarixi: 22.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnformasiya Sisteminin "Front-end" tərəfinin hazırlanması, müvafiq dəyişikliklərin edilməsi
  • Layihələrdə müəyyən edilmiş standartlara və proseslərə uyğunlaşmaq
  • Şirkətdə istifadə edilən texnoloji stack-a uyğunlaşmaq
  • Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi
  • Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
  • Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması və s.

Əsas tələblər:

  • Ali texniki təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsində bakalavr dərəcəsi) və ya ona uyğun təcrübə
  • Eyni vəzifədə ən azı 3 (üç) il iş təcrübəsi
  • Azərbaycan dili, İngilis dili - yaxşı,  Rus dili arzuolunandır
  • Alqoritmləşdirmə bacarığı
  • HTML5, CSS3, Ecmascript, React, Redux, REST, npm, webpack, GIT, microservice architecture
  • Back-end texnologiyalar ilə tanışlıq
  • Güclü analitik və problem həll etmə bacarıqları
  • Səliqəli və oxunaqlı kod yazmaq bacarığı
  • Yaxşı ünsiyyət bacarıqları
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə bacarığı, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı, stressə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, fasiləsiz öyrənməyə meylilik

İş şərtləri və şəraiti:

  • Tibbi sığorta
  • Mükafat və bonus sistemi
  • Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaq

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Senior Front-end (React) developer” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər.