İnşaat məmulatları sexi, Mebel ustası

İşin təsviri

Vəzifənin adı: İnşaat məmulatları sexi, Mebel ustası

Vəzifə öhdəlikləri:

• Sexin verilmiş tapşırıqlarını yerinə yetirməkdə yüksək keyfiyyətli məsul hazırlamaqda məhsulun maya dəyərinin aşagı salınması üçün görülən bütün işlərdə iştirak edir;
• Dəzgah və avadanlıqların  düzgün, məqsədyönlü şəkildə istifadəsinə cavabdehlik daşıyır;
• Məhsulun istehsalının gündəlik, həftəlik, aylıq planlaşdırılmasında iştirak edir;
• Ona həvalə edilmiş sahədəki işçilərin mal-material və yarım fabrikatlarla təchizatını təmin edir;
• İşçilərin gündəlik iş planına nəzarət edir iş zamanı qarşıya çıxan boş dayanmaları aradan qaldırır;
• Ona tabe olan işçilərin gündəlik instruktajını aparır;
• Texnoloji proseslərin düzgün və ardıcıl yerinə yetirilməsinə nəzarət edir;
• Əsaslı,orta və digər cari işlərin vaxtında keyfiyyətlə yerinə yetirilməsinin təminatçısı olmalıdır;
• Sahə işçiləri ilə təşkilatı işin aparılmasında şəxsən iştirak edir;
• Tabeliyində olan işçilərin ƏM, TT, TY qaydalarının  tələblərinə, əmək istehsalat intizamına əməl etmələrinə ümumi nəzarət etməlidir.

Təhsil/Təcrübə

• Orta texniki təhsil;
• Analoji sahədə 5 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• MS Ofis proqramlarında (Word/Excel) işləməyi bacarmalı;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: [email protected]

İşəgötürənin reytinqi