Çağrı Mərkəzinin Operatoru

İşin təsviri

 "Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan, İngiltərə  və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. 

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Çağrı Mərkəzinin Operatoru

Vakansiya aktiv olan regionlar: Bakı

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Kompüterlə sərbəst iş bacarığı;
• Ofis proqramlarında işləmək bacarığı;
• Problemləri sərbəst, müstəqil həll etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Kollektivlə işləmək bacarığı.

Əsas vəzifələr:

• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Müştəri xidmətlərinin salahiyyətləri çərçivəsində abonentlərə yüksək səviyyəli xidmət göstərmək;
• Müştəri şikayətlərini aydınlaşdırmaq və həll etmək;
• Rəhbərliyə lazımi hesabat və məlumatların hazırlanıb təhvil vermək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş saatları 09:00-18:00, həftədə 6 iş günü;
• Karyera yüksəlişi imkanı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Çağrı Mərkəzinin Operatoru” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi