Şirkət haqqında : 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Daşınmaz əmlak mütəxəssisi
Təcrübə müddəti: Tələb edilmir (Satış sahəsində (Ekspeditor) iş təcrübəsi üstünlükdür)
Təhsil: Orta
İxtisas Bilikləri və Bacarıqlar:
- Yaşadığı Şəhəri (regionlarda yaşayırsa regionu) yaxşı tanımalı
- Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)
- Fəal olmalı
VƏZİFƏ FUNKSİYALARI:
- "Şəxsi avtomobil ilə şəhərin (region üzrə vakansiyalarda region) müəyyən bölgəsində yeni açılacaq marketlər üçün
əmlakların tapılması"
- Əmlaklar haqqında məlumatların əldə edilməsi
- Rəhbərliyə əmlaklar barədə hesabat verilməsi
İş yeri:
"Bakı üzrə vakansiyalar
Region vakansiyaları: Şəki-İsmayıllı-Qəbələ-Şamaxı üzrə vakansiya, Astara-Salyan-Hacıqabul üzrə vakansiya"
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Daşınmaz əmlak mütəxəssisi" qeyd edilməsi xahiş olunur.