Çeşidləmə və qablaşdırma üzrə mütəxəssis

  • AzRose
  • Elanın qoyulma tarixi: 13.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Çeşidləmə və qablaşdırma üzrə mütəxəssis (Qəbələ rayonunda yaşayanlara üstünlük verilir)
 
Tələblər:

• Yaş:  20-45;
• Ali təhsil 
• Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır;
• Müəssisədaxili nizam-intizam və təhlukəsizlik qaydalarına riayət
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• İngilis dili bilməsi arzuolunandır

Vəzifələr:
 
• Çeşidləmə və qablaşdırma qurğusuna nəzarət etmək
• Çeşidləmə və qablaşdırma prosesinin gedişinə nəzarət və onun tənzimlənməsi;
• Texniki şərtlərə  əsasən yığılmış məhsulun qablaşdırılması; 
• Tərəzidə çəkilib yığılmış məhsulun miqdarının uçotunu aparmaq və yüklənməsinə nəzarət etmək;
• Çəkisi, həcmi, keyfiyyəti uyğun olmayan məhsulu qablaşdırılmaya buraxılmaması;
• Qutuların yığılması və etiketlərin yapışdırılması;
 
İş haqqında

• İş vaxtı: 09:00 – 18:00              
• İş yeri:  Qəbələ, Vəndam

Uyğun namizədlərdən şəkilli CV formalarını  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı  (Çeşidləmə və qablaşdırma üzrə mütəxəssis) qeyd olunmaqla göndərməkləri xahiş olunur.