Şirkət haqqında : 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Peşə adı: Promouter
Təcrübə müddəti: Promouter kimi və ya mağazaçılıq sahəsində təcrübə arzuolunandır.
Təhsil: orta, orta texniki, ali təhsil (Tələbələrdə müraciət edə bilərlər)
VƏZİFƏ FUNKSİYALARI:
Şirkətin məhsullarının mağazalarda təqdimatının həyata keçirilməsi.
Məhsullar haqqında müştərilərə dolğun məlumat bildirmək.
İş qrafiki: həftənin 3, 4, 5-ci günlər saat 16:00-21:00, Şənbə-Bazar 13:00-18:00
İş yeri: Bakı şəhəri ərazisi üzrə supermarketlər
Əmək haqqı: gündəlik 10 azn + hər satılan məhsul üçün 0.10 azn bonus
Göstərilən tələblərə cavab verən namizədlər CV– lərini mövzu hissəsində "promouter" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.