Layihələr üzrə Menecer/Biznesin İnkişafı üzrə Menecer
Namizədə dair tələblər:
- İqtisadiyyat və ya biznesin idarəedilməsi, mühəndislik sahəsində ali təhsil
- Oxşar sahədə ən azı 5 illik iş təcrübəsi
- Mükəmməl kommunikasiya və ünsiyyət qurma bacarıqları
- İngilis, rus və Azərbaycan dillərində əla danışmaq, yazmaq qabiliyyəti
- Prezentasiya bacarıqları
- Müasir kompüter proqramları sahəsində biliklər
Vəzifə ohdəliklər:
• İmproteks Şirkətlər Qrupunun əhatə dairəsinə aid sektorlarda perspektiv layihələrin izlənilməsi və təhlil edilməsi işinin bütün struktur bölmələrin biznesin inkişafı menecerləri ilə əlaqələndirmək
• İmproteks Şirkətlər Qrupu üçün ümumilikdə və bütün struktur bölmələri üçün ayrı-ayrılıqda Strateji İnkişaf Planını hazırlanmasında biləvasitə iştirak etmək və sənədin hazırlanmasını təmin etmək
• Metal konstruksiya, tikinti, təchizat sahələrində layihələrin idarəolunması və əlaqələndirilməsi
• Satış və istehsal üzrə rüblük və ya illik fəaliyyət planını hazırlamaq, əsas tərəfdaşlarla əlaqələr qurmaq və zəruri tədbirlərdə iştirak etməklə potensial tərəfdaş şəbəkəni genişləndirmək
• Satış və istehsal üzrə Fəaliyyət Planında əks olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, əsas tərəfdaşlarla əlaqələr qurmaq və müvafiq tədbirlərdə iştirak etməklə potensial tərəfdaş şəbəkənin genişləndirməsinə dəstək olmaq
• İmproteks Şirkətlər Qrupunun bütün strukturlarının marketinq və müştərilərlə əlaqələrin qurulması işinin Fəaliyyət Planına uyğun qurmaq və icrasını əlaqələndirmək və bu barədə rəhbərliyə mütəmaddi hesabatlar təqdim etmək.
• İmproteks Şirkətlər Qrupunun maraq dairəsinə aid tenderlərdə iştirakını təmin etmək məqsədilə mütəxəssislərlə birgə yeksək səviyyədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək
• İmproteks Şirkətlər Qrupunun rəhbərliyinə mütəmaddi olaraq görülən işlər haqqında hesabat təqdim etmək
E-mail: [email protected]