Korporativ satış üzrə mütəxəssis

  • Technoil MMC
  • Elanın qoyulma tarixi: 10.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Technoil” MMC şirkəti Korporativ satış üzrə mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

- Korporativ satış planını yerinə yetirmək;
- Korporativ müştəri bazasını genişləndirmək;
- Korporativ müştərilərin yenilənmə prosesini aparmaq;
- Korporativ müştərilərlə görüşlər keçirmək;
- İşgüzar danışıqların və müqavilələrin bağlanması üzrə işlər aparmaq;
- Satışın artırılması ilə bağlı şöbə rəhbərinə təkliflər vermək;
- Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək.

Namizədə qarşı tələblər:

- Ali təhsil;
- Korporativ satış sahəsində, xüsusilə avtomobil yağlarının satışı sektorunda minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Şəxsi avtomobilin olması;
- Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməsi arzuolunandır;
- Satış texnikalarını bilmək;
- Müştəri potensialını analiz etmək qabiliyyəti;
- Ünsiyyət qurmaq bacarığı.

Əsas məlumatlar

- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 700 AZN+bonus
- İş qrafiki: 6 günlük
- Korporativ nömrə və benzin xərcləri şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.