Texniki dəstək üzrə mütəxəssis

  • Technoil MMC
  • Elanın qoyulma tarixi: 17.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki dəstək üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Satış öncəsi və satış sonrası potensial və hazırkı müştərilərə texniki dəstəyin göstərilməsi
- Müştərilərdən gələn sorğu və şikayətlərlə bağlı yerində ilkin baxışın keçirilməsi, problemin yaranma səbəbinin müəyyən edilməsi, həlli yollarının araşdırılması və müştərilərə nəticələrin bildirilməsi
- Xidməti tapşırıqla əlaqədar vaxtaşırı olaraq ezamiyyətlərə getmək imkanının olması
- Göstərilən xidmətlərə dair hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi

Vəzifəyə olan tələblər:

- Avtomobil mühərrikləri və transmissiyaları haqqında texniki və praktiki biliklərin olması
- Avtomobillərə texniki servis xidmətinin göstərilməsi sahəsində minimum 1 illik təcrübə

Vəzifəyə tələb olunan səriştələr:

1. Təşəbbüskarlıq göstərən
2. Nəticə yönümlülük
3. Məsuliyyətlilik
4. Problem həll etmə qabiliyyəti

Əmək şəraitinin şərtləri:

1. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
2. İş vaxtı 1-6-cı günlər 09:00-18:00
3. Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
4. Əmək haqqı razılaşma yolu ilə

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər  25 İyun  2019-cu il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Texniki dəstək üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.