Ehtiyat hissələri üzrə koordinator

  • Group Motors
  • Elanın qoyulma tarixi: 07.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.

Hal hazırda şirkət “Ehtiyat hissələri üzrə koordinator” vəzifəsinə işçi qəbulu elan edir.
 
 
Vəzifə öhdəliklər:
 
• Lazım olan ehtiyat hissələrini müştərilərə təklif etmək;
• Lazım olan ehtiyat hissələrinin anbarda varlığından əmin olmaq;
• Ehtiyat hissələrinin qiymətini hesablamaq və hesabı təqdim etmək;
• Servis şöbəsindən gələn qüsur aktlarını cavablandırmaq;
• Vitrində aksessuarların düzəlişini təşkil etmək, vitrinləri səliqəli saxlamaq, ve aksessuarlarən qiymətlerinə nəzər yetirmək;
• Müştərilərin sifariş etdikləri ehtiyat hissələrinin gəlməsi barədə tez bir zamanda məlumat vermək;
• Ustaları ehtiyat hissələrin sifariş və gəlmə müddəti ilə məlumatlandırmaq və iş prosesində lazımi ehtiyat hissələrini təmin etmək;
• Müştərilərlə əlaqə saxlayaraq ehtiyat hissələri barədə razı olub-olmamaqlarını daima izləmək;
• Ehtiyat hissələri kataloqundan istifadə etməklə ehtiyat hissələrinin və akssessuarların satışı və nümayişi üçün texniki məlumatlara müraciət etmək;
• Şirkətlərə və təşkilatlara uyğun təklifləri hazır etmək;
• Kənardan alıcıları cəlb etmə bacarığı;
• Ehtiyat hissələrinin qəbulu və sifarişi prosesində lazımi köməkliyi göstərmək;
• Ehtiyat hissələrinin yerində olmamasının - (back order) - qeydiyyatını aparmalı və statusunu tez-tez yoxlamalıdır və aidiyyatı şəxlərə məlumat vermək;
• Kompyuterdən istifadə edərək ehtiyat hissələrinə olan tələbatı izləməli və yoxlamaq;
• Ehtiyat hissələri kataloqunun yeniləşməsində köməklik etmək;
• Ehtiyat hissələri resursundan (kataloq, mikrofiş və s)  istifadə edərək ehtiyat hissələrinin və aksessuarların mövcudluğu barədə məlumat əldə etmək;
• Müştərilərin ehtiyat hissələrini gözləmə müddətini azaltmaq üçün və işin səmərələliyini artırmaq üçün istifadə olunan sistemin təkmilləşdirilməsinə kömək etmək;
• Bütün sənədlərin (iş kartları, xüsusi sifarişlər, back order və s.) lazımi informasiya ilə düzgün doldurulmasında köməklik etmək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 22-35;
• Ali təhsil; 
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• EPC də (ehtiyat hissələrinin elektron kataloqu)  ilə işləmə bacarığı;
• Avtomobil alətlərinin bilməsi;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Ehtiyat hissələri üzrə koordinator " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.