Texniki məsləhətçi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 25.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.

Hal hazırda şirkət “Texniki məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:
 
•       Təmir prosesində yaranan texniki problemlərin həll edilməsi;
•       Texniki məlumatların və təmir metodlarının praktik olaraq ustalara öyrədilməsi;
•       İstehsalçı treninqlərdə iştirak etmək;
•       Treninq materialların və test suallarının hazırlanması;
•       Texniki personala nəzəri və praktik terniqlərin keçirilməsi;
•       Test imtahanlarının keçirilməsi və testlərin nəticələrinə görə rəy verilməsi;
•       Şöbədə təmiz və professional mühit yaratmalıdır;
•       Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
•       Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələri icra etmək;
•       Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq;
•       İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq;
• Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi;
• İşində intizamlı, müştəri ilə mehriban və gülərüz olmaq;
• Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək.

Namizədlərə tələblər:
 
• Yaş: 22-40;
• Ali təhsil; 
• Texniki məsləhətçi sahəsində minimum 5 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Texniki məsləhətçi" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.