Aşbaz

İşin təsviri

Hazırda Top kimi şirkəti “Aşbaz” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri

• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
•  Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
• Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək;
• Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq;
•  Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq;
•  Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq;
•  Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək;
•  Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
•  Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər  həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Tələblər

• Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
• Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.
• Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Aşbaz” qeyd etməklə göndərə bilərlər.

TopKimi Restoranı tərəfindən digər vakansiyalar