Vəzifənin adı: Mexanika mühəndisi
Vəzifə öhdəlikləri:
• Layihənin mexanika bölümünü dərindən araşdırmaq və öyrənmək;
• Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
• Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
• İstehsalatın texniki hazırlığını təmin etmək;
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, ümumi vəziyyətə texniki nəzarəti təşkil etmək;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək və s.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Microsoft Office və AUTOCAD proqramlarını istifadəçi səviyyəsində bilmək;
• İngilis və Rus dillərində sərbəst şəkildə istifadə etmək.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail: [email protected]