Kiçik mütəxəssis - İnzibati şöbəsi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 19.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə : İnzibati şöbəsi

Vəzifə : Kiçik mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  25 aprel 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Anbar işinin təşkili, anbara daxil və xaricolmalara nəzarət etmək;
2. İnventarizasiya üzrə texniki dəstək göstərmək;
3. Avadanlıqların işlək vəziyyətdə olmasına, təmir, daşınma və utilizasiyaya nəzarət etmək;
4. Birbaşa rəhbərin inzibati işlərlə bağlı digər göstəriş və tapşırıqlarını həyata keçirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Administrasiya, inzibati işlər və ya anbar işinin təşkili üzrə 1 ilədək iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir;
Kompüter bilikləri : MS Office, anbar, inventarizasiya, administrasiya üzrə yerli proqramlarda işləmək bacarığı tələb olunur;

Üstünlüklər :

Xarici dil biliyi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Danışıqlar aparmaq bacarığı,  ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, texniki işklərin planlaşdırılması və kordinasiyası, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “İnzibati işlər” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi