İşin təsviri
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin tam təşkili (elanların yerləşdirilməsi, CV seçimi, müsahibələrin keçirilməsi və təklif mərhələsi);
- İşçilərin şəxsi işlərinin və kadr sənədləşməsinin aparılması;
- Əmək müqavilələrinin, əmr və ərizələrin hazırlanması;
- Davamiyyət, məzuniyyət və ezamiyyət uçotunun aparılması;
- Əmək qanunvericiliyinə uyğun kadr uçotu və hesabatların hazırlanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- İşçilərin aylıq əmək haqlarının və davamiyyət cədvəllərinin hazırlanması;
- İşçi motivasiyasını artırmaq və daxili mühitin inkişafı üçün tədbirlər həyata keçirmək;
- Komanda daxilində yaranan konfliktlərin həlli və pozitiv iş mühitinin qorunması;
- Yeni işçilərin adaptasiya prosesinin təşkili və izlənməsi;
- HR məlumat bazasının idarə edilməsi və aylıq hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (idarəetmə, psixologiya, hüquq və ya əlaqədar sahə);
- HR sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və kadr uçotu üzrə biliklər;
- İşçilərin performansını KPI göstəriciləri əsasında qiymətləndirmək və analiz etmək bacarığı;
- Ünsiyyət, dinləmə və problem həll etmə bacarığı;
- Komandada işləmək və işçilərlə düzgün münasibət qurmaq bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək;
- Aktiv, təşəbbüskar və məsuliyyətli yanaşma.
İş şəraiti:
- İş qrafiki: 5/2, saat 09:00–18:00;
- Əmək haqqı: 1000 AZN (netto);
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar kollektiv;
- Karyera və inkişaf imkanları;
- Rahat ofis və motivasiyaedici mühit;
- Nahar şirkət tərəfindən qarşılanır.
Vakansiyaya müraciət üçün CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.