Korporativ Satış Meneceri

İşin təsviri

İş şəraiti

  • İş yeri: Şəkerci Cafer Erol – Bakı, Zərifə Əliyeva 53A (Flagman mağaza)
  • İş saatı: 10:00 – 19:00 (Gələcəkdə sərbəst qrafik imkanı)
  • Əmək haqqı: 2000 AZN + yüksək bonuslar

Qeyd: 2000-3000 AZN qazanmaq istəyən şəxslər müraciət etməsinlər. Bu vəzifə yüksək nəticə və yüksək gəlir üçün nəzərdə tutulub. Namizədlərdən müraciət etməzdən öncə Şəkerci Cafer Erol BakuLondon Instagram səhifələrimizlə tanış olmaları xahiş olunur

Vəzifə və öhdəliklər:

  • Şirkətin korporativ satış strategiyasını həyata keçirmək və inkişaf etdirmək;
  • Potensial müştəri şirkətlərlə əlaqə yaratmaq, görüşlər keçirmək və məhsullarımızı təqdim etmək;
  • Müxtəlif formatlarda təqdimatlar və təkliflər (PowerPoint və s.) hazırlamaq;
  • Mövcud müştəri bazasını genişləndirmək və satış dövriyyəsini artırmaq;
  • Mağazada yerləşən ofisdən korporativ sifarişlərin koordinasiyasını aparmaq;
  • Bazar araşdırmaları aparmaq, yeni fürsətləri müəyyənləşdirmək;
  • Süni intellekt və onlayn alətlərdən effektiv istifadə edərək satış materiallarını hazırlamaq.

Bilik və tələblər:

  • Minimum 5 il korporativ satış sahəsində təcrübə;
  • Yüksək ambisiya və hədəf yönümlü düşüncə (maddi məqsədi 10,000 AZN və daha çox qazanmaq olan namizədlər axtarılır);
  • Əla səviyyədə ədəbi Azərbaycan dili, əlavə olaraq rus və qismən ingilis dili biliyi;
  • PowerPoint və oxşar təqdimat proqramları ilə işləmək bacarığı;
  • Qısa zamanda keyfiyyətli kommersiya təklifləri hazırlamaq bacarığı;
  • Satış və təqdimat prosesində yüksək ünsiyyət və təqdimetmə qabiliyyəti;
  • İnternet axtarışlarında və süni intellekt vasitələrinin istifadəsində müasir yanaşma.

 

Vakansiya haqqında:

Bu vəzifə satışdan və ünsiyyətdən zövq alan, hədəfləri böyük olan, yüksək motivasiyalı şəxslər üçün ideal imkandır.
İlk 2 ay grace period olaraq nəzərdə tutulur. Uğurlu performans göstərən əməkdaşlar üçün sərbəst qrafik və geniş mükafat imkanları mövcuddur.

Əlaqə nömrəsi - 0518071807 

Şekerci Cafer Erol tərəfindən digər vakansiyalar