Mağaza Administratoru

İşin təsviri

Şəhər -Bakı

Əlaqədar şəxs - Emin Səfərov

Telefon (012) 498-98-83, (050) 576-31-83

İş barədə məlumat:

  • 200 illik Şekerci Cafer Erol mağazalarının Bakı şöbəsi
  • Şəhərin ən dəbdəbəli mağazalarının yerləşdiyi cərgədə, bənzəri olmayan görünüşə malik, premium class mağazada çalışma imkanı
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması,məhsullar barədə müştərilərə dolğun məlumatın verilməsi
  • Xarici müştərilərin çoxluğunu nəzərə alaraq ingilis və rus dili biliyi mütləqdir!
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq rəsmi sənədləşmə
  • İş qrafiki 6 iş günü
  • İş saatı: 9:00-17:00 və ya 15:00-23:00
  • Aylıq başlanğıc məvacib 1300 AZN + bonus (aylıq dövriyədən asılı olaraq KPİ sistemi)

Namizədə tələblər:

  • Yaş : 21 - 35 yaş
  • İş təcrübəsi - 3 ildən 5 ilə qədər
  • Şirkət direktorunun tapşırıqlarını vaxtında yerinə yetirmək
  • Məhsullar barədə biliklər əldə etmək və satışını həyata keçirtmək
  • Rus və ingilis dilində sərbəst ünsiyyət (mütləqdir!)
  • Hər zaman səliqəli görünüş və gülərüzlülük
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə dəqiq, düzgün seçim etməyə köməklik etmək
  • Rəflərdəki məhsulların düzgün və səliqəli şəkildə yerləşdirilməsi

Şekerci Cafer Erol tərəfindən digər vakansiyalar