İşin təsviri
Təsvir
- Təchizat proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Mal-materiallarin alınmasını planlaşdırmaq və icra etmək;
- Təchizatçılarla mütəmadi əlaqələrin saxlanılması və əlaqələrin gücləndirilməsi istiqamətində işləri icra etmək;
- Təchizat üzrə xərclərin planlaşdırmaq və idarə etmək;
- Təchizat xərclərini izləmək və hesabatlarını hazırlamaq;
- Alınan xammal və materialların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
- Keyfiyyət problemlərinin həlli üçün müvafiq tədbirlər görmək;
- İstehsalat üçün tələb olunan materialların vaxtında təmin edilməsini təşkil etmək;
- Təchizat bazarını araşdırmaq, yeni tədarükçüləri tapmaq və qiymət dəyişikliklərini izləmək;
- Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
- Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
- Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
- Müvafiq bazar məlumatlarını rəhbərliyə təqdim etmək;
- Alış müqavilələrinin, təchizat sənədlərinin və digər müvafiq sənədlərin düzgün tərtib edilməsini təmin etmək;
- Təchizat fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müvafiq sənəd dövriyyəsinin və arxiv işlərinin aparılmasını təmin etmək.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, texniki sahələr üzrə);
- Təchizat və satınalma sahəsində ən azı 1 illik iş təcrübəsi;
- MS Office, xüsusi ilə Excel və 1C proqramları üzrə biliklər;
- Təchizat proqramları və ERP sistemlərində işləmək bacarığı;
- Satınalma prosedurlarını, tender qaydalarını və müvafiq qanunvericiliyi bilmək;
- Danışıqlar aparmaq, qiymət təhlili və müqavilə şərtlərini dəyərləndirmək bacarığı;
- Komanda ilə işləmək və ünsiyyət bacarıqları;
- Xarici dil bilikləri (rus dili-orta, ingilis dili - arzuolunandır).
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Yaşayış yeri və gündəlik qidalanma
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Könüllü tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.