İşin təsviri
Təsvir
- Müqavilə və hesab-fakturaların hazırlanmasında iştirak, müqavilələrin və sənədlərin hərəkətinin izlənməsi;
- Kassa əməliyyatları : mədaxil, məxaric , təhtəlhesablarla hesablaşmalar və s. 1C-yə gündəlik işlənilməsi;
- Bank və kassa hesablarının gündəlik olaraq yoxlanılması, üzləşmələrin aparılması;
- Xidmətlər və materialların yerləşdirilməsi, sənədlərin gündəlik olaraq işlənilməsi, ödənişə hazır edilməsi;
- Müqavilə və ödəniş sənədlərinin qruplaşdırıb toplanılması;
- Hesablar və hesablaşmaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürm;
- Gündəlik maliyyə-mühasibat sənədlərinin, habelə gündəlik və aylıq hesabatların hazırlanması;
- Kənar təşkilatlara göndərilən maliyyə sənədlərinin tərtibi və hazırlanmasında iştirak, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlanması;
- Xidməti materiallar ilə işləmək, onları rəhbərə məruzə etmək üçün sistemləşdirmək.
Tələblər
- Ali təhsil (Maliyyə və Mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə iş təcrübəsi: minimum 1 il;
- Kompüter bacarıqları: 1C, Microsoft proqramları;
- Mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı;
- İşində dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.