Telesatış üzrə Mütəxəssis

İşin təsviri

Vəzifənin adı Telesatış üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Müəssisənin bütün mövcud resurslarından istifadə edərək potensial müştərilərə müəssisənin məhsulları/xidmətləri barədə təmkinli şəkildə ətraflı məlumat təqdim etmək;
• Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
• Daxil olan yazılı müraciətləri qəbul etmək, operativ şəkildə araşdırılmaq, cavablandırmaq və qeydiyyata almaq;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq;
• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa rəhbər tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkətdaxili qaydaları icra etmək;

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst şəkildə bilmək, Rus və İngilis dillərini orta səviyyədə bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Xüsusi bacarıqlar: Telefon zənglərini cavablandırmaq və telefonla satış etmək bacarığı, danışıqlar aparmaq bacarığı, təqdimat bacarığı, komandada işləmək bacarığı, dəqiqlik, stressə davamlıq, məsuliyyətlik,

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]

İşəgötürənin reytinqi