Əməliyyat şöbəsinin Rəisi

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Əməliyyat şöbəsinin Rəisi

Əsas vəzifə və öhdəliklər:

- əməliyyat üzrə müvafiq sənədləri yoxlamaq və təyinatı üzrə təqdimatına nəzarət etmək;
- Cəmiyyətin ekspedisiya xidməti ilə yanaşı daşıyıcı kimi çıxış etdiyi sifariş/layihələrdə tələb olunan (Gəmi, dəmir yolu və s.) sənədlərin müvafiq qaydalara uyğun hazırlanması və onların vaxtında yük göndərmə/yük qəbulu çatdırılmasına nəzarət etmək və bu prosesləri idarə etmək;
- Müştərilər tərəfindən verilən və Cəmiyyətin daxili proqram təminatı üzərindən daxil olmuş sifarişlərin, şirkətdaxili prosedurlara uyğun qaydada operativ şəkildə icrasına nəzarət etmək;
- Şirkətə aid olan konteynerlərin hərəkətini izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
- Daşınmaları maneəsiz icra edilməsi üçün müvafiq strukturlar ilə mütəmadi şəkildə əlaqə saxlamaq;
- Sərhəddən göndərilən hesabatların düzgünlüyünə  nəzarət etmək.

Tələb olunanlar:

- Təhsil dərəcəsi: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə bakalavr dərəcəsi
- Təcrübə: 4 il 
- Dil biliyi: Rus dili əla. İngilis dili (bilənə üstünlük verilir)
- Məsuliyyətli
- Kommunikativ
- Kollektivi idarəetmək qabiliyyəti
- Təşəbbüskar
- İdarəçilik
- Rəhbərlik üzrə fərdi keyfiyyətlər: 

İş barəsində maraqlananlar Niyyət məktubunu və əmək kitabçasının skan variantını mail adresinə göndərməyiniz xahiş olunur.

E-mail: [email protected] 

E-mailin “Subject” bölməsinə  “Əməliyyat şöbəsinin Rəisi” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 13 Aprel 2018-ci il