Biznesin inkişafı üzrə Mütəxəssis

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Biznesin inkişafı üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Bazardakı hazırki vəziyyətin araşdırılması,analiz edilməsi, şirkətin inkişafı üçün rəhbərliyə təkliflərin irəli sürülməsi və uyğun olaraq şirkətin strateji planının yenilənməsində şirkət rəhbərliyinə dəstək göstərilməsi;
• Potensial müştərilərin müəyyən edilməsi, onların tələblərinə və ehtiyaclarına uyğun olaraq təkliflərin hazırlanması;
• Peşəkar prezentasiyaların, təklif paketlərinin hazırlanması və təqdimatların edilməsi;
• Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun olaraq hesabatların hazırlanması.

Minimum tələblər:

• İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və s. kimi sahələr üzrə bakalavr dərəcəsi
• Biznesin inkişafı, marketinq, və ya başqa əlaqəli sahədə minimum (2 İL) il iş təcrübəsi;
• Biznesin inkişafı və korporativ satış, marketinqlə bağlı biliklər;
• Peşəkar kommunikasiya bacarıqları;
• Yüksək təqdimat bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Stres altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq;
• Analitik qabiliyyətlər. 
• kompüter bilikləri (MS Office proqramlarında operativ çalışma); məlumatlar bazasında işləmək bacarığı
• Azərbaycan, ingilis, rus dili bacarıqları;

İş barəsində maraqlananlar Niyyət məktubunu və əmək kitabçasının skan variantını mail adresinə göndərməyiniz xahiş olunur.

E-mail: [email protected] 

E-mailin “Subject” bölməsinə  “Biznesin inkişafı üzrə mütəxəssis” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 13 Aprel 2018-ci il