Mağaza inzibatçısı (Qazax, Gəncə, Cəlilalabad)

İşin təsviri

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Mağaza inzibatçısı (Qazax, Gəncə, Cəlilalabad)

Tələblər:

• Mağazanın idarə edilməsi sahəsində azı 1 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan dilini mükəmmək bilməli.

*Namizəd qeyd olunan regionun sakini olmalıdır.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Mağaza inzibatçısı (regionun adı )” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix:  20.04. 2018

İşəgötürənin reytinqi