Avtonəqliyyat üzrə təmirçi-çilingər (Avtobus və yük maşınları üzrə)

İşin təsviri

Vəzifənin adı: Avtonəqliyyat üzrə təmirçi-çilingər (Avtobus və yük maşınları üzrə)

Vəzifə öhdəlikləri:

• Təmir işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirmək;
• İstehsalçıların təmir texnologiyalarına riayət etmək:
• Görülmüş işlər haqda iş kartında qeydlər aparmaq;
• Əlavə işlər müəyyən edildikdə üst rəhbərliyi məlumatlandırmaq;
• Daxili prosedurlara  və nizam – intizam qaydalarına riayət etmək;
• Alət və avadanlıqlardan düzgün istifadə etmək,sıradan çıxdıqda dərhal baş mexanikə məlumat vermək;
• İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• 5 günlük iş həftəsi;
• E-mail:  [email protected]

İşəgötürənin reytinqi