Smetaçı-mühəndis

  • AS Group
  • Elanın qoyulma tarixi: 01.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Smetaçı-mühəndis

Vəzifə öhdəlikləri:

• Verilmiş layihələrə əsasən iş həcmlərinin müəyyən edilməsi;
• İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinə dair smeta sənədlərinin tərtibatı;
• Tərtib edilmiş smetanın texniki və iqtisadi cəhətdən əsaslandırılması;
• Smetanın tərtibi üçün bazar qiymətlərini analiz edilərək xidmətlərin, materialların, işçi qüvvəsinin və s. vahid qiymət həcminin müəyyən edilməsi;
• Yerli və beynəlxalq tender layihə sənədlərinin dəyərləndirilməsi;
• Tender sənədlərinin analizi və layihə riskinin müəyyən edilməsi;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihələr arasında iş həcmləri və qiymətləndirmənin müqayisəsi və təhlil edilməsi;
• İnşaat materiallarının qiymətlərinin cari bazar qiymətlərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
• Qiymətləndirmə standartlarının və prosedurlarının təkmilləşdirilməsində iştirak;
• Aylıq və illik texniki hesabatların təqdim edilməsi;
• Umumi layihə planının tərkibində xüsusi cədvəllərin, tikinti cədvəlinin və işin icrası üzrə metodikanın hazırlanması;
• Layihələndirmə ve mühəndislik, quraşdırma xərcələri, məhsuldarlığın təhlili, işçi qüvvəsi daxil olmaqla iş həcmininin toplanması və smetaya interqrasiya edilməsi

Tələblər:

• Müvafiq sahə üzrə texniki /iqtisadi təhsil
• İnşaat sahəsində, cari vəzifədə ən azı 4 il təcrübə
• Beynəlxalq və yerli tenderlərdə iştirak prosesi bilikləri
• Analitik düşünmə qabiliyyətinə malik olmalı, rəqəmlərlə dəqiq və sərbəst işləmək bacarığı
• Gərgin iş şəraitində işləmək bacarığı
• Çoxsaylı tapşırıqların öhdəsindən gəlməli və məsuliyyətli olmalıdır
• Microsoft Office, Winsmeta və Auto Cad proqramlarında sərbəst işləməli
• Rus dili sərbəst,  İngilis dilini orta səviyyədə bilən namizədlərə üstünlük verilir

Göstərilən tələblərə cavab verən namizədlər vakansiyanın adını qeyd edərək, CV-lərini [email protected]  elektron ünvanına  göndərə bilərlər.