Elektrik Mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 12.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektrik Mühəndisi

Tələb olunan iş Bacarığı:

- Layihələndirmə üçün ilkin məlumatın yığılması;
- Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Sənaye bina və tikililərinin, inzibati binaların rabitə və siqnalizasiya şəbəkələrinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- İstehsalat, inzibati və yaşayış binalarının elektrik təchizatının layihələndirilməsi;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Layihə sənədlərinin razılaşdırılması və ekspertizasında iştirak;
- Layihə həllinin əlaqəli şöbələr tərəfindən yerinə yetirilən layihənin digər bölmələri üzrə layihə həllinə uyğunlaşdırılması;
- Sifarişçidən, avadanlıq istehsalçılarından lazımi məlumatın alınması;
- Müəllif və texniki nəzarət;
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
- Şirkətin başqa bölmələri ilə qarşılıqlı fəaliyyət
- Ərazidə  yerləşən elektrik təssərrüfatına nəzarəti  təmin edir;
- Tələb olunan texniki  sənədlərin hazırlanmasını yerinə yetirir;
- Aparılan elektrik quraşdırma  işlərinə daim nəzarət etməli;
- Elektrik təssərüfatında işləyən işçılərə təlimat verilməsi;
- Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi;
- Şirkətin daxili iş qaydalarına riayət edilməsi.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın əleyhinə mühafizəyə qoyulan tələblərə riayət olunmasına nəzarət edilməsi;
- Baş verən texniki nasazlıqların səbəblərinin araşdırılması, elektrik avadanlıqlarının istismar və təmirində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənilib hazırlanması;

Tələb olunan təhsil və biliklər:

- Müvafiq sahədə Ali təhsili
- Elektrik mühəndisi olaraq inşaat sektorunda ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir)
- Yüksək kompüter bacarıqları  (Microsoft Office, AutoCAD)
- Komandada işləmək bacarığına sahib olmalı;

Digər tələb və şərtlər:

- Yaş həddi:  27-45 AZN
- Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Elektrik Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.