Təchizat, gömrük, loqistika və layihələrin idarəolunması üzrə Menecer

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 11.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” “Təchizat, gömrük, loqistika və layihələrin idarəolunması üzrə Menecer” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

• Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması, kommersiya təkliflərinin hazırlanması, yoxlanılması və müştərilərə təqdim edilməsini həyata keçirmək;
• Maraqlı tərəflərin əlaqələrinin və gözləntilərinin idarə edilməsi;
• Layihə qərarlarının verilməsi, biznes təkliflərinin hazırlanması, layihələrin qiymətləndirilməsi;
• Müxtəlif tipli layihələrdə prioritet və ardıcıl proseslərin müəyyənləşdirilməsi;
• Layihənin icrası ilə bağlı qarşıya çıxacaq maneələrin həll edilməsi və öz səlahiyyətləri çərçivəsində qərarların qəbul olunması;
• Beynəlxalq və yerli şirkətlərlə biznes əlaqələrinin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması.

Tələblər:

• Ali təhsil - HVAC (heating, ventilation, air-conditioning) sistemləri ixtisası üzrə ali təhsili namizəd olması;
• Müvafiq sahədə 3-5 ildən az olmayan iş təcrübəsi;
• Azərbaycan, rus dillərini səlis bilməsi (İngilis dilini bilməsinə görə xüsusi üstünlük veriləcəkdir);
• HVAC sahəsində olan avadanlıqları və materialları mükəmməl tanıması;
• Diplomatik görüşlərin keçirilməsi və biznes danışıqlarının aparılması bacarığının olması;
• Autocad, MS Excel, MS Word və s. proqramlarda işləmə bacarığının olması;
• Sürücülük vəsiqəsinin və avtomobil idarəetmə bacarığının olması üstünlük hesab oluna bilər.
• Məsuliyyətli, punktual və yüksək analiz qabiliyyətinə malik olmalıdır.

Əlavə məlumat:

• Əməkhaqqı: 1200-1500 AZN
• Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

CV-lərinizi [email protected] ünvanına "Project manager" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi