Vəzifənin adı: Metaləritmə zavodu, İtələyici operator
Vəzifə öhdəlikləri:
• Yayma xətti profilaktika üçün dayandırıldıqda sobanın yüklənmə meydançalarını, konveyer xəttinin altını təmizləyir.
• Sobanın içinin təmizlənməsi, hörgü və tavan təmiri işləri qızdırıcının göstərişi əsasında yerinə yetirilməlidir.
• İtələyici operatoru idarə etdiyi xəttin texniki xarakteristikasını tam bilməli.
• İtələyici operatoru sobanı yalnız ustanın göstərişi əsasında doldurmalı.
• Sobaya pəstah yüklənərkən konveyer xəttinin üstündə adamların və alətlərin olmasına yol verməməli.
• Konveyer xətti işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.
• İşəsalma mərhələlər üzrə texnoloji ardıcıllıqla həyata keçirilir.
• Təkrar işəsalma ancaq dayanmanın səbəbləri tam aradan qaldırıldıqdan sonra xətti saxlayanın və ya təmir personalının razılığı ilə həyata keçirilməlidir.
• Oksigendən istifadə edərkən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilməli.
• Metal pəstahlar maqnit şaybalı kranla konveyerin üstünə yüklənərkən təhlükəsiz yerə çəkilməli və kran maşinistinə düzgün və aydın komandalar verməlidir.
Təhsil/Təcrübə:
• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]