Mal-Material Mühasibi (Daşkəsən rayonu)

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 26.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mal-Material Mühasibi

Vəzifə öhdəlikləri:

• Alış sənədlərinə uyğun olaraq alınmış mal- materialların, əsas vəsaitlərin  muhasibatliq proqramında uçotunun aparılması;
• Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasının təmin edilməsi, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmənin mühasibat arayışında qeyd edilib onu Baş mühasibə təqdim edilməsi;
• Əsas vəsaitlərə daxili inventar nömrəsinin verilməsi, onların yerdəyişməsinin ilkin sənədlər (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) əsasında izlənməsinin həyata keçirilməsi;
• Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
• Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrinin, yanacaq paylama cədvəllərinin yerində yoxlanılması və əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Hesabat ayı bitdikdən sonra 3 gün müddətində material anbarı, hazır məhsul anbarı və yanacaq anbarı üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
• Hesabat ayı bitdikdən sonra 3 gün müddətində digər bölmə (şöbə) üzrə ( istehsal, nəqliyyat, marketinq və s.) mal-materialların hesabatının, lazımı ilkin sənədlərin (silinmə akti, quraşdırma aktı və s.) hazırlanması;
• Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
• Maya dəyəri mühasibinə hesabat ayının maya dəyərini müəyyənləşdirmək üçün lazımi məlumatın, hesabatın tələb olunan müddətdə təqdim edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Kommersiya müəssisələrində (istehsalat sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
• İdarəetmə  və vergi uçotu üzrə biliklər;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını mükəmməl  bilməli;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

İş yeri: Daşkəsən rayonu

Transfer şirkət tərəfindən təmin olunur

Nahar yeməyi şirkət tərəfindən təmin olunur

Ə/H: 600-700 AZN (Net)

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Mal-Material Mühasibi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesində Daşkəsən və Gəncə bölgələrindən olan nazmizədlərə üstünlük veriləcək.