Baş mühasib (Sumqayıt)

İşin təsviri

www.qartal.az

Vakansiya: Baş mühasib

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Razılaşma əsasında

İş yeri: Sumqayıt şəhəri

Tələblər:

- Ali təhsil
- ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 3 il fasiləsiz iş təcrübəsi
- Vergi məcəlləsini, mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək.
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi.
- Müqavilələr üzrə hesabların hazırlanması, debutor borcların ödənilməsi, ödəniş tapşırıqlarının yazılması və qeydiyyatının aparılmasını bilmək.
- Balansın hazırlanmasını bilməlidir.
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin hesablanmasını və DSMF-yə göndərilməsi qaydalarını bilməlidir.
- Bank əməliyyatlarını həyata keçirə bilməlidir.
- Mühasibata dair digər bilik və bacarıqlara malik olmaq.
- 1C7.7 proqramınında mükəmməl işləyə bilmək.
- Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, Excel, Word, Outlook)
- Xanım namizədlərə üstünlük veriləcək.

İş haqqında məlumat:

- İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir
- İş saatı 09:00-18:00.
- İstirahət günü -  Şənbə və Bazar günləri.
- Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur.
- Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə vasitələri: CV-nizi [email protected] email ünvanına göndərin.