Satış üzrə Mütəxəssis

İşin təsviri

PITS Texnoloji Həllər Şirkəti Azərbaycan

Vəzifənin adı: Satış üzrə Mütəxəssis

Əsas Vəzifə və Öhdəliklər

Korporativ satış bazarında abunəçilərin və şirkətlərin sayının artırılması
Korporativ müştərilərə şirkət tərəfindən təqdim olunmuş bütün məhsul və xidmətlərin çatdırılması və istifadənin təmin olunması
Rəqib kompaniyaların təqdim etdiyi tarif və təklifləri öyrənmək
Müştərilərlə əlaqələrin gücləndirilməsi
Rəhbərliyin göstərişi ilə təyin olunmuş müddət ərzində qoyulmuş satış hədəflərə çatmaq
Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
Məhsula dair prezentasiya və təqdimatların hazırlanması və edilməsi
Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün layihələr üzrə mütəxəssislərlə sıx işləmək
Bulud həllərinə başlamaq və genişləndirməkdə layihələr üzrə mütəxəssislərlə sıx işləmək
Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
Şirkət daxilində və kənarda maraqlı şəxsləri inandırmaq
Müqavilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.

Vəzifəni İcra Etmək Üçün Bilik Və Bacarıqlara Dair Minimum Tələblər

Təhsil

Maliyyə sahəsi üzrə bakalavr dərəcəsinə malik olmaq (texniki təhsili və ya təcrübəsi olan namizədlərə üstünlük verilir)

Kompetensiyalar

Xərclərə əsaslanan, fəaliyyətə əsaslanan, eləcə də dəyərə əsaslanan qiymətqoyma haqqında geniş təsəvvürə malik olmaq
Bazarda baş verən dəyişikliklər barədə tam məlumatlı olmaq

Analitik Yanaşma Tərzi

İnformasiya texnologiyaları sahəsi üzrə məhsul yaradılması sahəsində bacarıqlara malik olmaq

Qeyd:

Təhsil maliyyə sahəsi üzrə olduğu təqdirdə, texniki biliklərin olmasına üstünlük verilir.
Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri)

İş Təcrübəsi
Müvafiq sahə üzrə 3 il təcrübə

Dil Və İT Bilikləri
Azərbaycan və rus dillərini mükəmməl bilməli (İngilis dilini bilənlərə üstünlük verilir)
Microsoft Office Word, Excel, Outlook və PowerPoint proqramlarında sərbəst işləmə bacarığı

Xüsusi Tələblər
Ezamiyyətə göndərilmə imkanı
Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı

Əlavə Məlumatlar

Maaş: Namizədin təcrübəsinə, bilik və bacarıqlarına və dil biliklərin uyğun olaraq razılaşdırılacaqdır.
Baza əmək haqqı ilə yanaşı satışdan bonus sistemi
Namizədlər interview öncəsi məntiq və dil bacarıqlarından test üsulu ilə yoxlanılacaqdır.
Şirkət tərəfindən nahar təmin edilir

CV-lərinizi [email protected] göndərin – məktubun başlığında “Satış üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.