Anbardar (hazır məhsul anbarında)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 21.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Anbardar (hazır məhsul anbarında)

Əmək haqqı 1000 AZN

İşin təsviri

- Hazır məhsul anbarında anbara daxil olan malların qeydiyyatının aparılması, anbardan çıxan malların qeydiyyatının aparılması;
- Hazır məhsul anbarında bu xidmətlərin təşkili ilə əlaqədar çalışan digər şəxslərin fəaliyyətinə nəzarət edilməsi, anbarda çalışan şəxslər arasında sağlam fəaliyyət mühiti və nizam-intizam yaratmaq və xidmətlərin səmərəli icrasına dair lazımi köməkliyin göstərilməsi;
- Hazır məhsul anbarında saxlanılan mal qalıqların yoxlanılmasında iştirak etmək və hesabat vermək;
- Hazır məhsul anbarında bütün texniki nasazlıqların aradan qaldırılmasını təmin etmək.
- Anbarda məhsulların yığılmasında effektli və praktik innovasiyaları tətbiq etmək;
- Anbar ərazisinin təmiz, gigiyenik və səlqəli saxlanmasını təmin etmək;
- Məhsulların onların xarakterlərinə uyğun olaraq saxlama rejimlərində olmalarını və anbarda temperatur rejimlərinin təmin etmək.

Namizədə tələblər

- Ali təhsil
- Kompyuterdə işləmə bacarığı, Mühasibatlıq və Anbar idarəetməsində təcrübəsi olan, anbarda mal giriş-çıxış sistemini, Microsoft Excel proqramını yaxşı bilən.
- Anbar sahəsində ən az 5 il, Qida anbarı sahəsində ən az 3 il iş təcrübəsi olan.
- Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan.
- Yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
- İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək.
- Seçimə görə Keyfiyyət zəmanəti və Əməyin təhlükəsizliyi sahəsində təcrübəsi olan.
- Məsuliyyətli, dürüst və dəqiq.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq,  zəhmət olmazsa, [email protected]  elektron ünvanına göndəriz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.