Müştəri xidmətləri üzrə mütəxəssis

İşin təsviri

Vəzifə: Müştəri xidmətləri üzrə mütəxəssis

İş barədə qısa məlumat:

Müştəri xidmətləri üzrə mütəxəssis şirkətimizin Texniki Xidmət Servisi mərkəzinə müraciət edən müştərilərin sorğularının düzgün formada qəbul edilməsi, qeydiyyata alınması və texnikaların təhvil-təslim proseslərini idarə edir.
Tələb olunan namizəd gülərüz və kollektivlə tez uyğunlaşan, inkişafa meyilli, disiplinli və liderlik qabiliyyətlərinə malik olmalıdır.  İşlərin gedişatı zamanı yaranan problemlərə fərdi şəkildə həll yolu tapmağı bacarmalı, işlərin daha verimli həyata keçirilməsi üçün davamlı olaraq öz təkliflərini irəli sürməlidir.

İşin təsviri:

• Texniki servis mərkəzinə müraciət edən müştərilərin suallarının cavablandırılması;
• Müştəri sorğularına əsasən müvafiq sənədləşmə işlərini yerine yetirməklə qeydiyyatın aparılması(1C proqramı vasitəsilə);
• Müştərilərə xidmətlər haqqında tam, dolğun məlumatın verilməsi;
• Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması;
• Təmir olunmuş texnikaların yekun sənədlərinin hazırlanması və müştəriyə təhvil verilməsi;
• Şirkət və müştəri müştəri münasibətlərinin müsbət inkişafının təmin edilməsi;
• Görülən işlərlə bağlı günlük və aylıq hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

Tələblər:

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Microsot office proqramlarından sərbəst şəkildə istifadə etməlidir;
• Aktiv və çalışqan;
• Təzyiq altında işləmək bacarığı;
 
 İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Əmək haqqı: 800-1000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq)

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına  mövzu yerində “Müştəri xidmətləri üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.