Departament, şöbə, filial: Texniki qazlar zavodu
Tutduğu vəzifə: Laborant
Vəzifələri:
• Laboratoriyanın laborantı laboratoriyanın rəisinin və mühəndisinin sərəncam və tapşırıqlarını yerinə yetirməlidir.
• Laboratoriyanın laborantı əməyin mühafizəsi,təhlükəsizlik texnikası,yanğından mühafizə və sanitariya gigiyenası qaydalarına əməl etməlidir.
• Sınağın aparılmasını normativ texniki sənədlərin tələbinə uyğun aparılmalıdır.
• Sınaqları apararkən laboratoriya cihazlarından və kimyəvi reaktivlərdən təlimata uyğun istifadə edilməlidir.
• Reaktiv və materialların izafi sərfinə yol verməməlidir.
• Laboratoriyada xüsusi geyimlərdən və fərdi qorunma vasitələrindən istifadə etməlidir.
Təhsil/Təcrübə:
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində sərbəst səviyyədə danışıq, yazı və oxuma qabilliyyəti;
• ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumat, o cümlədən müəssisənin siyasət və məqsədlərini;
• Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini;
• Ətraf mühitin qorunması və təhlükəsizlik texnikası üzrə normativ tələblərini;
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini;
• Fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini;
• İş yerində ətraf mühitin qorunmasının səmərəliliyinin yüksəldilməsi üzrə metodlarını;
• Ətraf mühitə minimal təsir göstərməklə, sağlamlığı üçün riskin azaldılması və əməyin təhlükəsizliyini təmin edilməsi ilə öz işinin yerinə yetirilməsinin texnologiyasını və təşkilini;
• Qəza halları zamanı fəaliyyətlərini;
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: [email protected]