Nəzarətçi

  • CPC MMC
  • Elanın qoyulma tarixi: 27.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

www.cpccom.az

“PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan "CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

NƏZARƏTÇİ

İş yeri: Oğuz şəhəri (Əbdürrəhman Əsgərov 4, AZ4800)
İş vaxtı: Qrafikə əsasən 14/14 - 12
Əmək haqqı: 300 - 350 AZN (net)
Tabeçilik: Baş direktor

İŞİN TƏSVİRİ

− Nəzarətçi xidmətdə olduğu günlərdə xidmətqabağı təlimatda iştirak edir;
− Xidmətqabığı təlimatdan sonra təyin olunmuş postu təhvil alır, növbə çəkəcəyi yeri və ətrafı tam öyrənir;
− Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən mühafizəçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir;
− Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya  möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir;
− Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verir, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edir, yanğın söndürülməsi üçün tədbirlər görür;
− Müəssisənin girəcəyində növbə çəkdikdə işçilərin, müştərilərin, nəqliyyat vasitələrinin müəssisənin ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət edir;
− Faktiki yüklənmiş yükü sənədlərlə üzləşdirir, giriş qapılarını açıb-bağlayır;
− Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsini yazılı surətdə təsdiq edir;
− Giriş - çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlayır;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Tam orta təhsil;
− Bu sahədə minimum 1 il iş təcrübəsi (istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
− Buraxılış rejiminə aid təlimat və əsasnamələr üzrə bilik, müəssisəyə gediş-gəliş vəsiqələrini, qiymətli materialları və digər əşyaları çıxarmaq üçün buraxılış vərəqələrinə imza çəkib icazə verən şəxslərin imza nümunələrini;
− Daimi və müvəqqəti buraxılış vərəqələrinin nümunələrini;
− Obyektlərin qorunma təlimatlarını və qaydasını;
− Daxili əmək intizamı qaydalarını;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 20.12.2017 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)