Satiş Kordinatoru (xanım)

  • CPC MMC
  • Elanın qoyulma tarixi: 15.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

www.cpccom.az

“PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan "CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

SATIŞ KORDİNATORU

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 500 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Satış və Marketinq şöbəsinin müdiri

İŞİN TƏSVİRİ

− Malın anbardan müştəriyə çatdırılanadək izlənilməsi, ortaya çıxan problemlərin həlli istiqamətində işlərin görülməsi;
− Logistika şöbəsi ilə məhsulların çatdırılmasının daimi kordinasiyası; 
− Anbarda hazır məhsulların və qablaşdırma üçün nəzərdə tutulan materialların mövcudluğunun daimi izlənilməsi və lazım olduğu təqdirdə müvafiq əməliyyatların icrası;
− Müştəri bazasının yaradılması və yenilənməsi;
− Satış hesabatlarının hazırlanılması;
− Satış üçün lazım olan bütün sənədlərin hazırlanılması (Satış müqavilələri, təhvil - təslim aktları və s.);
− Hazırlanmış sənədlərin icrasına nəzarət;
− Müştərilərin iş fayllarının hazırlanılması;
− Rəsmi təkliflərin hazırlanılması;
− Müştərilərin tələb, təklif və şikayətlərinin qeydiyyatının aparılması;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil;
− Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini bilmək arzuolunandır);
− Office proqramlarında, xüsusi ilə Excell proqramında işləmə bacarığı;
− Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;

Vakansiya yalnız xanımlar üçün nəzərdə tutulmuşdur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 16.12.2017 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)