CPC MMC


Ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və yeni istehsal sahələri hesabına genişləndirilməklə, 2015-ci ilin dekabrından başlayaraq yenidən fəaliyyətə başlamış "CPC" MMC-nin (Corn Proccessing Company) "Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi" sənaye üsulu ilə hazırlanmış şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafaqzda yeganə müəssisədir.

Kompleks aşağıdakı 4 istehsal vahidindən ibarətdir:

  • Gündə 80 ton qarğıdalı emal edərək turşu üsulu ulə qlükoza şirəsi istehsal edən zavod;
  • 30 000 ton dənəvər qarğıdalı saxlama və saatda 48 ton qarğıdalı qurutma kopleksi;
  • Ferment üsulu ilə gündə 58 ton G38-dən G63 növünə qədər olan qlükoza şirələri, ya 68 ton F-42 və 77 ton F-55 növlü fruktoza şirələri, ya da 58 ton maltoza istehsalı gücünə malik istehsal xətləri;
  • 52 ton quru nişasta istehsal etmək gücünə malik quru nişasta sexi.

Müəssisənin istehsal etdiyi qlükoza, maltoza, fruktoza, quru nişasta - qida sənayesi sektorunda; yan məhsulları - kəpək, qarğıdalı qırıntısı, qlüten (protein) - heyvandarlıq, quşçuluq və balıqçılıqda, özək - əsasən qarğıdalı yağı istehsalında və yağın istehsalı prosesindən qalan jmıx isə heyvandarlıqda istifadə olunan əvəzedilməz məhsullardır. Zavodun istehsalı olan məhsullar sərinləşdirici qazlı içkilər, meyvə şirələri, alkoqollu içkilər, dondurma, mürəbbə, çörək-bulka məmulatları, karamel və s. bu qəbildən bir çox məhsulların yerli istehsalçılarının şəkər əvəzedicilərinə olan tələbatının tamamilə ödənilməsi, onların xarici ölkələrdən idxalından asılılığının aradan qaldırılması üçün tam yetərli olacaq və yüksək keyfiyyət standartlarına malik olmaq etibarilə qonşu ölkələrə də ixrac ediləcəkdir.

Şəkər əvəzinə onun əvəzedicilərinin istifadəsi istehsal edilən son məhsulun həm keyfiyyəyini artırır, həm də maya dəyərini aşağı salır. Qlükoza - fruktoza məmulatları duru halda olduğundan heç bir əlavə hazırlıq olmadan birbaşa istehsal prosesinə yönəldilə bilir.

Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksində istehsal tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir. Qlükoza - fruktoza məhsullarımız, müştərinin istəyinə uyğun plastik qablarda və ya avtotankerdə təqdim edilir. Digər məhsulların qablaşdırılması onların xüsusiyyətlərinə uyğun olaraq kağız və ya polietilen torbalarda həyata keçirilir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?