Vəzifənin adı: Yerli satışlar departamenti,mühüm dövriyyəli müştərilərlə iş şöbəsi, Menecer
Vəzifə öhdəlikləri:
• Mühüm müştərilərlə satış ilə bağlı bazar araşdırılması aparılması;
• İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
• Mühim müştərilərin ehtiyaclarının analizi;
• Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması;
• Mühüm müştərilərlə görüşmələr və təqdimatların keçirilməsi;
• Təqdimat materiallarının hazırlanması;
• Müştəri ziyarəti, təqdimatın edilməsi və yeni təkliflərin verilməsi;
• Ziyarət nəticələrinin aktiv şəkildə izlənilməsi;
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini
• izləmək və ödənişlərin həyata keçirməsinə nəzarət
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi
Təhsil/Təcrübə:
• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi olmalı (İstehsal sahəsi üzrə təcrübə arzuolunandır);
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmalı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə, habelə aktiv dinləmə və sual vermə bacarığına malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: [email protected]