Layihə Meneceri (Tikinti sektoru / Neft və qaz sektoru üzrə)

İşin təsviri

Vəzifənin adı: Layihə Meneceri (Tikinti sektoru üzrə - 1 nəfər, Neft və qaz sektoru üzrə - 1 nəfər)

Vəzifə öhdəlikləri:

• Layihənin həcmini rəhbərliklə birlikdə müəyyən etmək;
• Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq;
• Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək;
• Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
• İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq və texniki mümkünlüyü müəyyən etmək;
• Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
• Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək; layihə üzrə cədvəli, proqramını tələb olunan formada nəzərdən keçirmək;
• Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistemlər, vasitələr və texnikalarla ölçmək;
• Ehtiyac olduqda rəhbərliyə hesabat hazırlamaq və məruzə etmək;
• Layihə tərəfdaşları və müştərilər arasında münasibətləri tənzimləmək;
• Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
• Üçüncü tərəflərlə/kontraktorlarla münasibətləri yaratmaq və tənzimləmək;
• Bütün layihə məlumatlarının lazımi qaydada sənədləşməsinə və təhlükəsizliyinə əmin olmaq üçün fayl sisteminin qurulması;
• Layihə haqqında rəhbərlik üçün hesabat yazmaq;
• Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 2-3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected] və ya [email protected]

İşəgötürənin reytinqi