PHP Back-end Developer

İşin təsviri

PHP Back-end Developer

Şirkət haqqında:

NOVA Digital Solutions şirkət və ya qurumların iş prosesinin optimallaşdırılmasını təmin edən və dəyişən iş mühitində müştərilərinə rəqabət üstünlüyü yaratmağı hədəfləyən innovasiya şirkətidir. NOVA müxtəlif platformalar üçün proqram təminatlarının yazılması, korporativ idarəetmə sistemlərinin qurulması, müxtəlif sahələr üçün iş proseslərinin elektronlaşdırılması, informasiya sistemləri infrastukturunun qurulması sahəsində fəaliyyət göstərir. Günümüzdə dövlət qurumları, yerli və beynəlxalq şirkətlər NOVA müştəriləri sırasındadır.

Tələblər:

• PHP və MySQL biliyinin yüksək olması;
• Obyekt yönümlü proqramlama metodologiyası və MVC strukturu haqqında məlumat sahibi olması;
• SOAP & Restful əsaslı veb servislər ilə iş təcrübəsinin olması;
• HTML5, jQuery, CSS, AJAX haqqında minimum texniki baza biliklərinin olması;

Öhdəliklər:

• Korporativ framework və CMS (NOVA Freamework və NOVA CMS)  üzərində yeni layihələrin yaradılması və mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi;
• Təhvil verilmiş layihələrə texniki dəstəyin göstərilməsi;
• Şirkətin məhsul portfelində yer alan proqram təminatlarının hazırlanması proesində iştirak;

Vakansiya üzrə müraciət etmək istəyən namizədlər CV-lərini «PHP Proqramçı» başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Portfolio təqdim edən və müvafiq istiqaətlər üzrə peşə təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Yalnız tələblərə uyğun gələn namizədlər müsahibə mərhələsinə dəvət olunacaqdır.

NOVA Digital Solutions tərəfindən digər vakansiyalar