NOVA Digital Solutions


«NOVA» Digital Solutions şirkət və ya qurumların iş prosesinin optimallaşdırılmasını təmin edən və dəyişən iş mühitində müştərilərinə rəqabət üstünlüyü yaratmağı hədəfləyən innovasiya şirkətidir. NOVA müxtəlif platformalar üçün proqram təminatlarının yazılması, korporativ idarəetmə sistemlərinin qurulması, müxtəlif sahələr üçün iş proseslərinin elektronlaşdırılması, informasiya sistemləri infrastukturunun qurulması sahəsində fəaliyyət göstərir.

 

«NOVA» müştərilərinə  biznes, maliyyə, kommersiya, insan resursları, təhsil, telekommunikasiya, kütləvi xidmət  üçün proqram təminatı həlləri, İT infrastruktur və uyğun texniki dəstək xidməti təklif edir.

 

«NOVA» olaraq məqsədimiz, rəqabət mühitində müştərilərimizin iş prosesinə dəyər qatacaq proqram təminatı və optimallaşdırma həlləri təklif etməklə mövcud resursların səmərəli istifadəsinə zəmin yaratmaqdır.