Texniki Məsləhətçi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 30.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Texniki Məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Servisdə avtomobil təmiri ilə bağlı texniki problemləri həll etmək;
• Texniki problemlərin həll edilməsi üçün istehsalçı ilə yazışmalar aparmaq;
• İstehsalçı treninqlərində iştirak etmək;
• Servisdə təlim sisteminin qurulmasında və kadr hazırlığında  iştirak etmək;
• Ustalara nəzəri və praktik  təlimlər keçirmək;
• Servisdə təmir prosesinin mükəmməl bilən bacarıqlı ustalar yetişdirmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:
 
• Yaş: 30-45;
• Ali texniki təhsil (Texniki sertfikat  -“ Diaqnostik texnik”);
• Servisdə avtomobil təmiri sahəsində 5 ildən çox staj;
• Praktik öyrətmək bacarığı;
• Xarici dil (İngilis,Rus, Türk və s. –Yazmaq,oxumaq, danışmaq);
• MS Office proqramlarında işləmə bacarığı;
• Problemi düzgün başa düşmək üçün avtomobil texnikasından anlayışı olmalı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Texniki Məsləhətçi" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.