Soyuducu Anbar Rəhbəri

İşin təsviri

Soyuducu Anbar Rəhbəri

Gilan Agricultural Group Soyuducu Anbar Rəhbəri vakansiyasına təcrübəli namizəd axtarır.

Vəzifə öhdəlikləri:

• Soyuducu Anbarın düzgün idarə edilməsini təşkil etmək
• Soyuducu anbarda tərəvəzlərin saxlanma temperaturunun düzgün nizamlanmasını təmin etmək
• Soyuducu anbarda tərəvəzlərin çeşidlənməsi qaydalarını bilmək
• Soyuducu anbarda saxlanılan mal qalıqların yoxlanılmasında iştirak etmək və hesabat vermək
• Soyuducu anbarda məhsulların yığılmasında effektli və praktik innovasiyaları tətbiq etmək Soyuducu anbarda məhsulların FİFO-ya uyğun olaraq anbara yığılması
• Soyuducu anbarda sifarişlərin FİFO-ya uyğun hazırlanması
• Soyuducu anbarda bu xidmətlərin təşkili ilə əlaqədar çalışan digər şəxslərin fəaliyyətinə nəzarət etmək
• Soyuducu anbarın hər gün təmiz və səliqəli olmasına nəzarət etmək

Tələblər:

• İqtisadiyyat, mühasibatlıq və digər tələb olunan sahə üzrə ali təhsil
• Anbar idarə edilməsi sahəsində ən az 5 il iş təcrübəsi,
• Mükəmməl Şifahi və yazılı ünsiyyət,
• Analitik və problemləri həll etmək bacarığı,
• Biznes və şəxsi keyfiyyətlər: məsuliyyət, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları.
• Kompüter və idarəetmə metodları (ERP sistemi) haqqında biliklər
• İngilis və ya rus dillərini bilməsi arzu olunandır

Vakansiya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4546#