Metal konstruksiyalar zavodu, Tikinti sahəsi, Sahə Rəisi

İşin təsviri

Vəzifənin adı: Metal konstruksiyalar zavodu, Tikinti sahəsi, Sahə Rəisi

Vəzifə öhdəlikləri:

• İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
• Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
• Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlamaq;
• Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
• Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
• Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
• Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
• Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
• Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
• İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq, işin görülməsinin təmin edilməsi.

Təhsil/Təcrübə:

• Ali təhsil (İnşaat mühəndisliyi);
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
• Stressə dözümlülük, texniki həll verə bilmək bacarığı, təzyiq altında işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office proqramları.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək
• Tikinti istehsalatının təşkili və texnologiyasını; tikilən obyektlərik layihə-smeta sənədlərini bilmək
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri bilmək

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]

İşəgötürənin reytinqi