Vəzifənin adı: Tornaçı
Vəzifə öhdəlikləri:
• İstifadəsinə təyin olunmuş Avadanlığın iş prinsipini və Avadanlığın istifadə qaydalarını bilməli;
• İstifadə etdiyi torna alətlərinin növünü və təyin olunmasını bilməli;
• Torna dəzgahlarına istifadə edəcəyi torna alətlərinin yerləşməsini və ondan düzgün istifadə qaydalarını bilməli;
• Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
• Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
• Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
• İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
• Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
• Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
• İş yerini təmiz saxlamalı;
• Işləyərkən əmək təhlükəsizlyi qaydalarına əməl etməli;
• Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilməli;
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
• Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.
Təhsil/Təcrübə:
• Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə
• E-mail: [email protected]